×
A
A
A
Sazlamalar

Son Xın Min İngiltərə Premyer Liqasında 50 qol vuran ilk asiyalı futbolçu olub

Bakı, 17 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqanın 26-cı turu “Tottenhem” klubunun futbolçusu Son Xın Min üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, “Tottenhem”in “Aston Villa” üzərində 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 27 yaşlı koreyalı futbolçu iki dəfə fərqlənib. Bu göstəriciyə görə Son Xın Min İngiltərə Premyer Liqasında 50 qol vuran ilk asiyalı futbolçu kimi tarixə düşüb.
Cari mövsüm 21 oyunda meydana çıxan futbolçu 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, koreyalı qitə xaricində forma geyinən asiyalı futbolçular arasında 2019-cu ilin ən yaxşı oyunçusu seçilib. Hücumçu bu mükafat uğrunda mübarizədə Rusiyanın “Zenit” komandasının 24 yaşlı iranlı forvardı Sərdar Azmunu və Almaniyanın “Ayntraxt” klubunun yaponiyalı yarımmüdafiəçisi Makoto Xasebeni qabaqlayıb.

İdman 2020-02-17 15:22:00