×
A
A
A
Sazlamalar

Qazax rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı 14,2 faiz artıb

Qazax, 17 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçən il Qazax rayonunda kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 96267,7 min manat təşkil edib. Bunun 46292,5 min manatı heyvandarlıq, 49975,2 min manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Qazax Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ildə əvvəlki illə müqayisədə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 14,2 faiz artıb.

Kənd təsərrüfatı 2020-02-17 15:20:00