×
A
A
A
Sazlamalar

Azərbaycan voleybolçusu Macarıstan kubokunun qalibi olub

Bakı, 17 fevral, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Vaşaş” komandası Macarıstan kubokunun finalında “Nyireqiaza”nı 3:1 hesabı ilə məğlub edib.
Yığmamızın kapitanı oyunda 21 xal toplayıb. Voleybolçumuz ötən il “Vaşaş” ilə Macarıstan çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, hazırda 15 oyundan 30 xal toplayan “Vaşaş” Macarıstan çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

İdman 2020-02-17 14:44:00