×
A
A
A
Sazlamalar

Şahmatçımız Praqada beynəlxalq festivalda Rusiya təmsilçisi ilə mübarizə aparacaq

Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Çexiyanın Praqada təşkil olunan şahmat festivalında altıncı turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasovun növbəti turda rəqibi rusiyalı şahmatçı Andrey Yesipenko olacaq.
Şahmatçımız ötən turda polşalı Mateuş Bartel ilə qarşılaşmada turnirdə ilk dəfə məğlub olub.
Hazırda N.Abasovun aktivində 2,5 xal var.

 

İdman 2020-02-17 14:24:00