×
A
A
A
Sazlamalar

Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC

Respublika Olimpiya Mərkəzində keçirilən 2003-2004-cü il təvəllüdlü atletlər arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda 11 komandadan 170 atlet birincilik uğrunda mübarizə aparıb.
Yarışın ikinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Mərdan Mustafazadə qalib adını qazanıb. Qızların yarışında isə Zəhra Əsgərova birinci yerə layiq görülüb.
Oğlanlar arasında qaçış yarışlarında Elcan Cəfərov (300 m) və Səid Səfərov (1000 m) birinci olublar. Qızların mübarizəsində isə Tutuxanım İsrafilova (300 m) və Bahar Mustafayev (1000 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.

İdman 2020-02-17 11:48:00