×
A
A
A
Sazlamalar

Azərbaycanın U-21 komandasının Bakıda təlim-məşq toplanışı başlayıb

Bakı, 17 fevral, AZƏRTAC

Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, fevralın 18-dək davam edəcək toplanışda Kamran İbrahimov (“Neftçi”), Əkbər Vəliyev (“Keşlə”), Nicat Mehbalıyev (“Qarabağ”), Rüstəm Samiqullin (“Sabah”), Amin Seydiyev (“Qəbələ”), Murad Məmmədov (“Səbail”), Nihad Qurbanlı (“Neftçi”), Ümid Səmədov (“Kəpəz”), Nihad Tamazov (“Qarabağ”), Arsen Ağcabəyov, Elçin Mustafayev (hər ikisi “Sabah”), Toral Bayramov, Hacıağa Hacılı (hamısı “Qarabağ”), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə
(“Neftçi”), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Samir Məhərrəmli (“Qəbələ”), Şakir Seyidov (“Sabah”), İsmayıl İbrahimli (“Qarabağ”),
Özan Can Kökcü (“Sabah”) və Musa Qurbanlı (“Qarabağ”) iştirak edirlər.

İdman 2020-02-17 11:35:00