×
A
A
A
Sazlamalar

Şahmatçımız “Caspian Cup” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirir

Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 16-da Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında dördüncü turun oyunlarında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan yalnız Vüqar Rəsulov maksimum xal toplayaraq liderlər qrupunda yer alıb. Digər şahmatçılarımız Misrəddin İsgəndərov və Azər Mirzəyev liderdən yarım xal geri qalırlar.
Fevralın 17-də beşinci turun oyunları keçiriləcək.
Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

İdman 2020-02-17 02:28:00