×
A
A
A
Sazlamalar

Azərbaycan atleti İstanbul kuboku turnirində bürünc medal qazanıb

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 16-də Azərbaycan atletləri Türkiyədə keçirilən İstanbul kuboku turnirində iştirak ediblər.
Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini Kənan Məhərrəmov AZƏRTAC-a bildirib ki, yarışda üç təkanla tullanma yarışında iştirak edən atletimiz Yekaterina Sarıyeva 13,26 metr nəticə göstərərək bürünc medal qazanıb.
Qeyd edək ki, ötən gün İstanbulda keçirilən Balkan çempionatında atletimiz Y.Sarıyeva 13.50 metr nəticə ilə üçüncü olub. Həmin yarışda Nazim Babayev üç təkanla tullanma növündə 16,92 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman 2020-02-17 01:32:00