×
A
A
A
Sazlamalar

Şahmatçımız Praqada beynəlxalq festivalın beşinci turunda məğlubiyyətlə üzləşib

Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Çex Respublikasının paytaxtı Praqada təşkil olunan şahmat festivalında beşinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda polşalı Mateuş Bartel ilə qarşılaşmada məğlub olub. Bu, şahmatçımızın turnirdə ilk məğlubiyyətidir.
Qeyd edək ki, N.Abasov ötən turlarda 2,5 xal toplayıb.

İdman 2020-02-16 23:51:00