Sərbəst güləşçimiz Aslanbek Alborov karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb
Bakı, 16 fevral, AZƏRTAC
Sərbəst güləşçimiz Aslanbek Alborov İtaliyada keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə üçüncü yeri tutub.
AZƏRTAC xəbər verir ki, yarışların yeddinci günündə fevralın 16-da sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.
Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macar güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan A.Alborov təsəlliverici qarşılaşmada yerli idmançı italiya təmsilçisini vaxtından əvvəl üstələyib. Azərbaycan idmançısı bürünc medal uğrunda gərgin keçən qarşılaşmada Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda bürünc medala sahib olub. Beləliklə, təmsilçimiz karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir