Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ağstafa rayonunda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ağstafa, 15 fevral, AZƏRTAC

Ağstafa-Poylu-Böyük Kəsik–Sadıxlı avtomobil yolunda bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, 1959-cu il təvəllüdlü Sara Əsəd qızı İsmayılova aparıldığı xəstəxanada ölüb. Qəzada xəsarət alanlar - 1987-ci il təvəllüdlü Gülnar Malik qızı İsmayılova, 1986-cı il təvəllüdlü Fərrux Şöhrət oğlu İsmayılov və onun yeddi yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2020-02-15 11:33:00

Video