Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Göyçay rayonunda 12,3 kilometrlik yol yenidən qurulur VİDEO

Bakı, 15 fevral, AZƏRTAC
Göyçay rayonunda uzunluğu 12,3 kilometr olan yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yolboyu dağılmış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir, yataq layihə eninə çatdırılması üçün 3-4 metrdən 10 metrə qədər genişləndirilir. Daha sonra əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 120 min kvadratmetr sahədə icra olunur.
Layihə çərçivəsində, həmçinin yeni suötürücü dairəvi borular inşa edilib. Növbəti mərhələ üzrə artıq yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələr, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Layihə üzrə işlərin bu il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Görülən işlər yolboyu yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşınmasını asanlaşdırmaqla yolboyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Regionlar 2020-02-15 10:41:00

Video