Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişlidə 1500 abonentin təbii qaz təminatı dayandırılıb

Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 14-də gecə saat 23:00 radələrində İmişli rayonunun Aranlı və Qızılkənd kəndlərini təbii qazla təmin edən 225 millimetr diametrindəki polietilen qaz kəmərinin metal hissəsini avtomobillə vuraraq qırıblar. Nəticədə 1500 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının fevralın 15-də səhər saatlarından etibarən bərpasına başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Regionlar 2020-02-15 10:06:00