Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qaracalar kənd məktəbinə gürcü dilində müxtəlif kitablar hədiyyə olunub

Tbilisi, 15 fevral, AZƏRTAC

Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru, şair və yazıçı Giorgi Kekelidze Qardabani rayonunun Qaracalar kəndində olub.
AZƏRTAC xəbər verir ki, baş direktor Qaracalar kənd orta məktəbinə müxtəlif kitablar hədiyyə edib.
Bununla bağlı G.Kekelidze özünün “Facebook” səhifəsində belə yazıb: “Biz bu səfərimiz çərçivəsində etnik azərbaycanlı vətəndaşlarımızın təhsil aldığı Qaracalar kənd məktəbində gürcü dilində olan yeni kitabxana yaratdıq. Kitabxanaya kitablar hədiyyə etdik”.
Qeyd edək ki, kitabxananın baş direktoru Gürcüstanda gürcü dilli ədəbiyyatın təbliği və mütaliəsinin məqsədilə bütün ölkəni əhatə edən kampaniya həyata keçirir.
Onun azərbaycanlılar yaşayan digər məktəblərə də baş çəkəcəyi bildirilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Elm və təhsil 2020-02-15 07:00:00