×
A
A
A
Sazlamalar

UNESCO: 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının vaxtı müəyyənləşib

Paris, 15 fevral, AZƏRTAC

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın son günüdə II Vətəndaş Cəmiyyəti Forumunun nəticələri təqdim olunub. Eyni zamanda, Komitənin gələcək fəaliyyətləri, 2020-2021-ci illər üçün iş planının layihəsi, mümkün mənbələr, könüllülük məsələləri müzakirə edilib.
Sessiyada 2022-2029-cu illər üçün UNESCO-nun orta müddətli strategiyasının gələcək istiqamətləri və 2022-2025-ci illər üçün proqram və büdcə müzakirə olunub.
2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında növbəti 14-cü sessiyanın vaxtı müəyyənləşdirilərək, onun 2021-ci ildə fevralın 2-dən 5-nə qədər qurumun baş qərargahında keçiriləcəyi bildirilib.
Sessiyada 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının bürosunun üzvləri seçilib.
Qeyd edək ki, bu gün Azərbaycan bir il müddətinə 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının bürosunun sədr müavini seçilib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2020-02-15 01:50:00