Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişli, 14 fevral, Mahir Babayev, AZƏRTAC

İmişlidə bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yolunun, rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Nizami Həsənov dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə və 1996-cı il təvəllüdlü İbrahim Məmmədov ağır xəsarətlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2020-02-14 22:26:00