Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib

Naxçıvan, 14 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramının məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasıdır.
Dövlət Proqramında qeyd olunduğu kimi, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.

Regionlar 2020-02-14 20:33:00