Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fiziologiya İnstitutu alimlərinin rəhbərlik etdiyi şagirdlər qalib olublar

Bakı, 14 fevral, AZƏRTAC 

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu alimlərinin rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX respublika müsabiqəsində qalib olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə elmi müəssisənin direktoru, biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova və ekotoksikologiya laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Xədicə İsmayılovanın rəhbərliyi ilə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin 11-ci sinif şagirdləri Murad Əhmədzadə və Vəli Balıyev “Sinir sisteminin növündən asılı olaraq öyrənmə və yaddaş proseslərinin eksperimental pozğunluqlarının farmakoloji korreksiyası” layihəsinə görə “Tibb və sağlamlıq” nominasiyası üzrə bürünc medalla mükafatlandırılıblar.
Qaliblər diplom və Amerika Fizioloqlar Assosiasiyasının sertifikatına layiq görülüblər.

Elm və təhsil 2020-02-14 19:38:00