Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muzeyin 100 illiyinə hazırlıq işləri görülür

Bakı, 14 fevral, AZƏRTAC 

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi qeyd olunacaq. Hazırda müəssisənin 100 illiyinə hazırlıq işləri görülür.
Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, muzeyin fondlarında qorunan materiallar əsasında müxtəlif açıqcalar, bukletlərin nəşr olunması nəzərdə tutulur.
Muzeyin Silahlar və bayraqlar fondu tərəfindən müxtəlif mövzularda hazırlanacaq bu açıqcalarda soyuq və odlu silahların şəkilləri təqdim ediləcək.

Elm və təhsil 2020-02-14 19:27:00