Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ölkəmizin İstanbuldakı baş konsulu Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

İstanbul, 14 fevral, AZƏRTAC

Fevralın 14-də ölkəmizin İstanbuldakı Baş Konsulluğunda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə baş konsul Məsim Hacıyev tələbələrlə onların təhsili, yaranan çətinliklər və bu problemlərin həlli yolları barədə söhbət edib.
Baş konsul tələbələr arasında birlik, ölkəmizin Türkiyədə, eləcə də dünyada layiqincə təmsil olunması və tanıdılması istiqamətində tövsiyələr verib. M.Hacıyev gəncləri qarşıdan gələn Xocalı soyqırımının 28-ci ildönümü və Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumatlandırıb, onları bu kimi mərasimlərdə fəal iştirak etməyə çağırıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Elm və təhsil 2020-02-14 18:48:00