×
A
A
A
Sazlamalar

Sergey Lavrov və Mövlut Çavuşoğlu Münxendə görüşəcəklər

Moskva, 14 fevral, AZƏRTAC

Rusiya və Türkiyənin Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlut Çavuşoğlu fevralın 16-da Münxendə görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirlərinin mətbuat xidmətindən məlumat veriblər.
Bir qədər əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirmişdi ki, Moskva və Ankara Suriyanın İdlib əyalətində vəziyyətin sabitləşməsi istiqamətində işi davam etdirəcəklər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya 2020-02-14 19:08:00