Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu barədə məlumat verilib

Bakı, 14 fevral, AZƏRTAC

Yasamal rayon Heydər Əliyev Mərkəzinə Yasamal rayonunda yerləşən 60 nömrəli tam orta məktəbin şagirdləri ekskursiya təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Elm və təhsil 2020-02-14 18:24:00