Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiyada helikopterin qəza enişi etməsi nəticəsində iki nəfər həlak olub

Moskva, 14 fevral, AZƏRTAC

Rusiyanın Yamal yarımadasında “Mi-8” helikopterinin qəza enişi etməsi nəticəsində iki nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, “Qazpromneft-Geo” şirkətinin əməkdaşlarını Sabetta qəsəbəsinə aparan “Sokol” aviaşirkətinə məxsus helikopter qar burulğanına düşüb. Helikopterdə 7 sərnişin və 3 nəfər heyət üzvü olub. Həlak olanlar heyət üzvləridir.
Ural Nəqliyyat Prokurorluğu helikopterdəki digər şəxslər barədə məlumatların dəqiqləşdirildiyini açıqlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2020-02-14 18:05:00