Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Polşalı alimlər Əlyazmalar İnstitutunda

Bakı, 14 fevral AZƏRTAC

Fevralın 14-də Polşa Elmlər Akademiyasının dilçi alimləri Yaroslav Tondera və Aqata Jaqello AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Azərbaycanın qədim əlyazma nümunələri ilə tanış olublar. Polşalı alimlərə institutda mühafizə edilən əski çap kitabları barədə də məlumat verilib.
Daha sonra institutun elmi katibi dosent Əzizağa Nəcəfzadə, şöbə müdiri dosent Cavid Cəfərov və polşalı alimlərin iştirakı ilə dəyirmi masa keçirilib.
Görüşdə C.Cəfərovun Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun “Web of Science” indeksli (impakt faktorlu) “Revue Bulgare d’Histoire” jurnalında dil təhlükəsizliyi mövzusunda dərc edilən məqaləsinin (Language Safety in the Context of National Security) müzakirəsi aparılıb, elmi-mədəni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Elm və təhsil 2020-02-14 18:04:00