×
A
A
A
Sazlamalar

Qırğızıstanın daha bir telekanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır

Bakı, 14 fevral, AZƏRTAC

“Azərkosmos” ASC və Qırğızıstanın “Region TV” kanalı arasında kommersiya müqaviləsi imzalanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, fevralın 14-dən “Region TV” kanalı Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanalda Qırğızıstanın regionlarının gündəlik sosial, iqtisadi və mədəniyyət xəbərləri nümayiş olunur.
“Region TV” kanalının yayım tezliyi: 11015/H/13000
Qırğızıstanın ictimai kanalı olan “KTRK”, “Qırğızıstan TV”, “Asia TV”, “Next TV” kimi baxımlı kanalları ilə yanaşı, “Region TV” kanalının “Azerspace-1” peyki üzərindən yayımlanması peykin Mərkəzi Asiya ölkələrindəki nüfuzunu artırır. Qırğızıstanın digər kanalları da “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.

İKT 2020-02-14 17:54:00