Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kəlbəcərli məcburi köçkünlər “Əsgərə salam” aksiyasına qoşulublar

Gəncə, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC

Kəlbəcərli məcburi köçkünlər respublikamızın bütün bölgələrində davam edən “Əsgərə salam” aksiyasına qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən etibarən start verdiyi “Əsgərə salam” aksiyasına qoşulan yüzlərlə vətənpərvər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşırlar.
Aksiyanın məqsədi könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.

Regionlar 2020-02-14 17:48:00