×
A
A
A
Sazlamalar

Latviya Seymi Riqa Şəhər Şurasının buraxılmasına dair qanun layihəsi qəbul edilib

Riqa, 14 fevral, AZƏRTAC

Latviya Seymi Riqa Şəhər Şurasının buraxılması haqqında qanun layihəsi qəbul edib.
AZƏRTAC xəbər verir ki, buna səbəb kimi Riqa Şəhər Şurasının qərar qəbul etmək bacarıqsızlığı və kvorum olmaması səbəbindən ardıcıl üç iclasın baş tutmaması göstərilib. Qanun layihəsinin lehinə 62, əleyhinə 22 deputat səs verib.
Şəhər Şurasına növbədənkənar seçkilər iki ay ərzində keçiriləcək.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2020-02-14 17:36:00