Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şərur Şəhər Uşaq Bağçasında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib

Şərur, 14 fevral, AZƏRTAC

Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Şərur Şəhər Uşaq Bağçasında məktəbəqədər tərbiyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bağçanın müdiri Günel Əliyeva bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru Şıxəli Əliyev məktəbəqədər tərbiyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, dəm qazı, ondan qorunma yolları və dəm qazını aşkar edən cihaz haqqında dinləyicilərə məlumat verib. Məruzəçi çıxışında ilkin yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydaları, təbii və texnogen qəzalar zamanı təxliyə planı ilə bağlı bağçanın kollektivinə əsas və ehtiyat təxliyə yolları, təxliyə zamanı davranış və fəaliyyət qaydaları haqqında da danışıb.
Sonra çıxışlar olub. Şərur Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə inspektoru, polis leytenantı Çərkəz Əkbərov keçirilən reydlər və onların əhəmiyyəti, əhali arasında maarifləndirici söhbətlərin aparılması haqqında kollektivə məlumat verib.
Tədbirdə əyаni vаsitələrdən istifаdə еdilib, suаllаr cаvаblаndırılıb.

Regionlar 2020-02-14 17:07:00