Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Covid-19: Koronavirus təkcə birinci rübdə aviaşirkətlərə təqribən 5 milyard avro ziyan verə bilər

Lissabon, 14 fevral, AZƏRTAC

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) hesablamalarına görə, aviaşirkətlər koronavirus epidemiyasına görə birinci rübdə 5 milyard dollar (4,6 milyard dollar) ümumi əməliyyat gəliri itirə bilərlər.
AZƏRTAC xəbər verir ki, İKAO-nun proqnozlarına görə, mart ayı üçün sərnişinlərin sayı azalaraq 19,6 milyon nəfərdən 6,4 milyard nəfərə düşəcək.
İKAO-nun məlumatına görə, təqribən 70 aviaşirkət Çinin materik hissəsindən bütün beynəlxalq reysləri ləğv edib, daha 50 aviaşirkət aviadaşımaları ixtisara salıb. Reyslərin ləğv edilməsi Çindən olan əcnəbi sərnişinlərin sayının 80 faizə qədər, Çin aviaşirkətlərinin buraxıcılıq qabiliyyətinin 40 faizə qədər azalmasına gətirib çıxarıb.
Portuqaliyanın Makao Beynəlxalq Aeroportunda sərnişinlərin və reyslərin azalması fevralın 1-dən 9-dək müvafiq olaraq təqribən 80 və 57 faiz təşkil edib. Belə ki, aeroportdan cəmi 50 minə qədər sərnişin keçib, halbuki aeroportun adi buraxıcılıq qabiliyyəti ayda üç milyon turistdən çoxdur.
İKAO proqnozlaşdırır ki, Çindən olan səyyahların azalmasına görə Yaponiya turizmdən olan gəlirlərinin 1,29 milyard dollarını (1,18 milyard avro), Tailand isə 1,15 milyard dollarını (1,05 milyard avro) itirə bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2020-02-14 16:56:00