Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İstanbulda yaşayış binası çöküb

İstanbul, 14 fevral, AZƏRTAC

İstanbulun Bahçelievler rayonunda beşmərtəbəli yaşayış binası çöküb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata əsasən qəzalı vəziyyətdə olması ilə əlaqədar binanın əvvəlcədən boşaldıldığı bildirilir.
Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-02-14 16:25:00