Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çində koronavirusla mübarizə aparan tibbi heyətin altı üzvü ölüb

Bakı, 14 fevral, AZƏRTAC

Çində koronavirusla mübarizə aparan tibbi heyətin 1712 üzvünün artıq adıçəkilən virusa yoluxduğu təsdiqlənib. Onlardan altısı artıq dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Sağlamlıq Komissiyası məlumat yayıb.
Hazırda Çində virusla mübarizədə ən böyük problemlərdən xüsusi qoruyucu maskaların və digər geyimlərin çatışmamasıdır. Onların lazımi sayda istehsalı hazırkı vəziyyətdə qeyri-mümkündür. Bu səbəbdən də tibbi heyət eyni qoruyucu maska, geyim və digər vasitələrdən təkrarən istifadə etməli olur. Bu da virusa yoluxma riskini artırır.

Dünya 2020-02-14 15:39:00