×
A
A
A
Sazlamalar

Murad Kajlayevin məktəbində balet bölməsinin təntənəli açılışı keçirilib

Moskva, 14 fevral, AZƏRTAC

Həmyerlimiz, dağıstanlı bəstəkar, dirijor, SSRİ xalq artisti, Azərbaycanın “Dostluq” ordeninin laureatı Murad Kajlayevin xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbində balet bölməsinin təntənəli açılışı olub.
Dərbənd şəhəri Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli AZƏRTAC-a bildirib ki, Mahaçqalada balet bölməsinin təntənəli açılış mərasimi keçirilib.
Əlamətdar hadisə ilə əlaqədar məktəbi təbrik etmək üçün açılışda fəxri qonaqlar – Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə, Rusiya Federasiyasının Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsinin müavini Hacımurad Kajlayev, Rusiya Federasiyasının Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsinin birinci müavini Həmzət Həmzətov, Həştərxan Dövlət Konservatoriyasının professoru Lyudmila Kruqlova, Dağıstanın Mədəniyyət naziri Zarema Butayeva, Azərbaycan diasporunun nümayəndələri və digərləri iştirak ediblər.
Xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbinin xoreoqrafiya bölməsinin zalına görkəmli xoreoqraf, rus baletinin peşəkarı Oleq Vinoqradovun adı verilib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2020-02-14 14:47:00