Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İstanbulda baş vermiş təyyarə qəzası ilə əlaqədar köməkçi pilotun ilkin ifadəsi alınıb

İstanbul, 14 fevral, AZƏRTAC

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzası ilə əlaqədar köməkçi pilotun ilkin ifadəsi alınıb.
AZƏRTAC xəbər verir ki, pilot hadisə baş verən gün mərkəzdən eniş üçün icazə verilmədiyi barədə heç bir təlimat almadıqlarını bildirib. O, təyyarənin uçuş-enmə zolağına endikdən sonra sürüşməyə başladığını qeyd edib.
Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-02-14 14:44:00