Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azəriqaz”: Yanvarda əhali sektoru üzrə 11 min 551 yeni abonent qeydiyyata alınıb

Bakı, 14 fevral, AZƏRTAC
Yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 min 551 yeni abonent qeydiyyata alınıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bunun da 7467-si Bakı, Abşeron və Sumqayıt, 4084-ü isə regionlar üzrədir.
Fevralın 1-nə “Azəriqaz”da əhali qrupu üzrə 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 min 139-u Bakı şəhəri üzrədir.
2020-ci ildə də əvvəlki illərdə olduğu kimi qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün 5000 kubmetr limit ayrılıb.

Neft - qaz 2020-02-14 14:40:00