Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti iclası martda keçiriləcək

Bakı, 14 fevral, AZƏRTAC

Martın 3-dən 5-dək İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.
AZƏRTAC BOK-un saytına istinadla xəbər verir ki, iclasda qarşıdan gələn Olimpiya oyunlarının Təşkilat komitələrinin, qurumun müxtəlif komissiyalarının hesabatları dinləniləcək, eləcə də BOK rəhbərliyinin fəaliyyəti ilə bağlı yeniliklər diqqətə çatdırılacaq.
Martın 3-də BOK İcraiyyə Komitəsinin iclasının ardınca qurumun nümayəndəsi Mark Adamsın mətbuat konfransı keçiriləcək.
Lozannaya gedə bilməyən media nümayəndələri mətbuat konfranslarını “Periscope” və “YouTube” vasitəsilə izləyə bilərlər.

İdman 2020-02-14 14:20:00