Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İran “Nüvə sazişi” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri bir kənara qoyaraq nüvə tədqiqatlarını davam etdirəcək

Tehran, 14 fevral, AZƏRTAC

İran “Nüvə sazişi” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri bir kənara qoyaraq nüvə tədqiqatlarını davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözlər İran hökumətinin rəsmi internet saytında yer alıb. Bildirilir ki, iqtisadi sanksiya və siyasi təzyiqlərlə üz-üzə qalan İran saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək və uranın zənginləşdirməsini davam etdirəcək. Bunula yanaşı, İran “Nüvə sazişi”ni imzalayan dövlətlər və Atom Enerjisi üzrə Beynəlxalq Təşkilat ilə əməkdaşlığını da davam etdirəcək.
Qarşı tərəf öhdəlikləri yerinə yetirmədiyi təqdirdə İran da öz öhdəliklərini yerinə yetirməyəcək.
Hökumətin rəsmi saytında o da vurğulanıb ki, ancaq İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırılarsa o zaman İran nüvə proqramına yedinən baxar və öhdəliklərini yerinə yetirər.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-02-14 14:08:00