Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cavad Cahangirzadə: Bu vaxtadək İranla Azərbaycan 150-dən çox sənəd imzalayıb

Tehran, 14 fevral, AZƏRTAC

İran ilə Azərbaycan iqtisadiyyat, siyasət və mədəniyyət sahələrini əhatə edən 150-dən çox sənəd imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, hər iki ölkə ikitərəfli faydalı əməkdaşlıq əlaqələrini davam etdirirlər. Təsadüfi deyil ki, 2019-cu ildə ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollara çatıb, bu da 2018-ci illə müqayisədə 11 faiz artım deməkdir.
Səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycanda 1614 İran şirkəti fəaliyyət göstərir. Bu şirkətlər müxtəlif sahələrdə azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurublar. Azərbaycan iqtisadiyyatının inkişafı iranlı iş adamlarına bu ölkəyə sərmayə yatırmaq üçün böyük imkanlar yaradıb. Dövlət başçılarının siyasi iradəsi qarşılıqlı əlaqələrin inkişaf etməsinə zəmin yaradıb və bu əməkdaşlıq tərəflər üçün bundan sonra da fayda verəcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

İqtisadiyyat 2020-02-14 13:38:00