Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Malların alış aktı elektronlaşdırılıb

Bakı, 14 fevral, AZƏRTAC

2020-ci il yanvarın 1-dək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alınarkən yalnız "Malların alış aktı" ciddi hesabat blankı tərtib edilirdi. Yanvarın 1-dən isə Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, malların alış aktı elektronlaşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, vergiödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda ciddi hesabat blankı olan "Malların alış aktı"nın tərtib edilməsinə zərurət yaranmır.
Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda "Malların alış aktı" tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib olunur.

Maliyyə 2020-02-14 13:33:00