×
A
A
A
Sazlamalar

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 52,7 milyon ton yük daşınıb

Bakı, 14 fevral, AZƏRTAC
Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 milyon 761,9 min ton, yük dövriyyəsi isə 11 milyard 158,3 milyon ton/kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illə müqayisədə yükdaşımada 0,2 faiz artım müşahidə edilib. Yüklərin 34 milyon 610,9 min tonu və ya 65,6 faizi avtomobil nəqliyyatı, 13 milyon 326,6 min tonu və ya 25,3 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 824,4 min tonu və ya 9,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3 faizini və ya 8 milyon 77,2 min tonunu tranzit yüklər təşkil edib.

Nəqliyyat 2020-02-14 12:59:00