Bakı Avropanın 10 ən romantik şəhərindən biri sayılıb
Moskva, 14 fevral, AZƏRTAC
Bakı Avropanın 10 ən romantik şəhərindən biri sayılıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” turizm portalı sevgililərin istirahəti, bayram və həftəsonu günlərində romantik səfərləri üçün Avropanın ən romantik şəhərlərinin reytinqini tərtib edib.
“TurStat”ın məlumatına görə, romantik turlar və səyahətlər bazarı ildə beş milyondan çox səfəri nəzərdə tutur.
Sankt-Peterburq, Paris, Minsk, Kalininqrad və Praqa Avropanın 5 ən romantik şəhəri sayılıb.
Bakı, Amsterdam, Tallinn və s. Avropanın 10 ən romantik şəhərlərindən hesab edilib.
Reytinq 2020-сi ilin fevralında “TurStat” saytının beş mindən çox istifadəçisinin internet sorğusunun nəticələrinə əsasən tərtib edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib