×
A
A
A
Sazlamalar

Ruhulla Axundov adına Mədəniyyət evinin təşkilatçılığı ilə “Biz sizinləyik” adlı konsert keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət evinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsində “Biz sizinləyik” adlı konsert təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə “Xəzər” xalq çalğı alətləri ansamblı, həmin ansamblın solisti Xasay İsmayılov, Ruhulla Axundov adına mədəniyyət evinin “Şəms” instrumental ansamblının rəhbəri Elşən Məmmədov, solist Şirəli Məmmədov rəngarəng ifaları ilə tədbir iştirakçılarını sevindiriblər.

Mədəniyyət 2020-02-14 12:01:00