® “Azercell”dən “Biznesim Wi-Fi” təklifləri ilə biznesinizi daha rahat idarə edin!
“Azercell Biznes” müəssisələrə sürətli və etibarlı rabitə həlləri təklif etməklə onların rəqəmsal dünyada uğur qazanmasına dəstək olur.
Öz müştərilərinin rəqəmsal transformasiyasını dəstəkləyən “Azercell Biznes” böyük məmnuniyyətlə fevralın 13-dən etibarən yeni “Biznesim W-Fi” təklifini təqdim edir. Artıq korporativ abunəçilər daha əlverişli rabitə dəstəyilə “Wi-Fi USB” və ya “Mi-Fi” modemlərdən istifadə edə biləcəklər.
“Biznesim Wi-Fi” təkliflərinin köməyilə korporativ abunəçilər fiziki bağlantı olmayan istənilən yerdən rahatlıqla internetə qoşulmaqla yanaşı, 10-dək cihaz arasında interneti paylaşdırmaq imkanına da sahib olacaqlar. İstifadəçilərin fərqli tələblərinə əsaslanan müxtəlif həcmli və bir paketdən digərinə keçid imkanına malik data paketlərdən ibarət xüsusi təklif kiçik, orta və fərdi müəssisələr üçün ideal bir həll vəd edir.
Təqdim olunan yeni təklifin əsas üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir. “Wi-Fi USB” modemi USB portu vasitəsilə işə salınır, “Mi-Fi” cihazı isə heç bir cihaz və ya porta qoşulmadan müstəqil şəkildə işləyə bilər. Təkliflərin daha bir üstün cəhəti növbəti 12 ay ərzində paketi digəri ilə dəyişmək imkanıdır. “Biznesim Wi-Fi” təklifinin qiyməti 20 manatdan başlayaraq həcmi 200 GB-a qədər olan müxtəlif internet paketlərini əhatə edir.
“Biznesim Wi-Fi” təklifi də daxil olmaqla müxtəlif biznes müəssisələri üçün geniş çeşidli məhsullar və həlləri təklif edən “Azercell Biznes” bir daha özünü etibarlı rəqəmsal biznes tərəfdaşı kimi təsdiq etmiş olur.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Korporativ abunəçilər “[email protected]” e-mail ünvanına müraciətlərini göndərməklə “Azercell”in yaratdığı bu fürsətdən yararlana bilərlər. Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb