×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın baş direktoru: İctimai nəqliyyatda ödənişlərin bank kartları ilə həyata keçrilməsinə çalışırıq

Bakı, 12 fevral, AZƏRTAC

İctimai nəqliyyatda ödənişlərin bank kartları ilə həyata keçirilməsi üzərində iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov jurnalistlərə müsahibəsində deyib.
“Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Visa” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə layihə üzərində çalışır. Layihə gündəlik istifadədə olan qatarlarda gediş haqların məsafədən ödəniş kartları ilə ödənilməsini nəzərdə tutur. Digər nəqliyyat vasitələrində də bu sistemin tətbiqinə çalışırıq. Bununla bağlı dövlət qurumları ilə müzakirələr aparılır”, - deyə F.Osmanov bildirib.

Nəqliyyat 2020-02-12 12:18:00