×
A
A
A
Sazlamalar

“Buta Airways” Bakı-Mineralnıye Vodı istiqamətində aviareyslərin sayını artırır

Bakı, 12 fevral, AZƏRTAC

“Buta Airways” Bakı-Mineralnıye Vodı istiqamətində aviareyslərin sayını artırır.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, yay uçuş cədvəli çərçivəsində Mineralnıye Vodıya əlavə reyslər həyata keçiriləcək.
Reyslərin qrafiki:
1−12 iyul/2−13 sentyabr: çərşənbə, cümə, bazar günləri,
15 iyul−31 avqust: hər gün.

Nəqliyyat 2020-02-12 11:04:00