×
A
A
A
Sazlamalar

Bakıda buzlaşma ehtimalı olan ərazilərə xüsusi texnikalar çıxarılıb

Bakı, 11 fevral, AZƏRTAC
Bakıda buzlaşma ehtimalı olan ərazilərə xüsusi texnikalar çıxarılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb. Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.
Sürücülərdən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş edilir.

Nəqliyyat 2020-02-11 11:31:00