×
A
A
A
Sazlamalar

Dinara Əliyevanın iştirakı ilə Turin Kral Teatrında “Bohema” operası nümayiş etdiriləcək

Bakı, 11 fevral, AZƏRTAC
Martın 11-dən 22-dək İtaliyada Turin Kral Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, martın 11, 13, 15, 18 və 22 tarixlərində səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Teatr və kino 2020-02-11 02:37:00