×
A
A
A
Sazlamalar

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 10 fevral, AZƏRTAC

Bir qədər əvvəl Ziya Bünyadov prospektində “Çermet körpüsü” adlanan yerdə (metronun “Koroğlu” stansiyası istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Buna görə də hazırda prospektin bu hissəsində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Nəqliyyat 2020-02-10 14:44:00