×
A
A
A
Sazlamalar

NASA “Boeing” şirkətinin proqram təminatında problem aşkar edib

Bakı, 8 fevral, AZƏRTAC

Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) mütəxəssisləri “Starliner” kosmik gəmisinin havaya buraxılışında olan problemin səbəbini araşdırarkən “Boeing” şirkətinin proqram təminatında ciddi qüsurlar aşkar ediblər. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NASA-nın insan tədqiqatları departamentinin rəhbəri Duq Loverronun fikrincə, gəminin proqram təminatı ilə “Boeing 737 MAX” təyyarəsinin qəzası arasında əlaqənin olub-olmaması hələ ki aydın deyil. Lakin kosmik gəminin “beynində” real pozulmalar var. Proqram təminatında neçə səhvin olduğunu bilmirik; ola bilər iki, ola bilər yüzlərlə. Məsələ ondadır ki, sənayenin bu sahəsi proqram təminatının hazırlanması işinin öhdəsindən pis gəlir.
“Boeing” şirkətinin hazırladığı “Starliner” gəmisinin kütləsi 13 tondur. Kosmik gəmi 7 nəfərlik ekipaj və 60 saat müddətində avtonom uçuş keçirməyə qadirdir.

Texnologiya 2020-02-08 15:53:00