×
A
A
A
Sazlamalar

Xalq artisti Elçin Əzizovun iştirakı ilə Böyük Teatrda “Mazepa” operasının konsert ifası təqdim olunacaq

Bakı, 7 fevral, AZƏRTAC
Martın 7-8-də Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Mazepa” operasının konsert ifası təqdim olunacaq. AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, Mazepanın partiyasını martın 8-də Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.

Teatr və kino 2020-02-07 07:22:00