×
A
A
A
Sazlamalar

Azərbaycan məhsulları “Prodexpo 2020” beynəlxalq sərgisində

Bakı, 6 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin məhsulları fevralın 10-14-də Moskvada təşkil ediləcək “Prodexpo 2020” beynəlxalq sərgisində nümayiş olunacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə qida sənayesi, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Sərgilər 2020-02-06 17:04:00